AZ

Azərbaycanla Uqanda arasında aqrar sahədə əməkdaşlıq müzakirə edildi

BAKI, 29 avqust. TELEQRAF

Azərbaycanla Uqanda arasında aqrar sahədə əməkdaşlıq imkanları, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi və digər məsələlər müzakirə olunub.

Teleqraf xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın Uqanda Respublikasının xarici işlər üzrə dövlət naziri Con Mulimbanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı müzakirə edilib.

Qonaqları salamlayan nazir müavini İlhamə Qədimova onlara Azərbaycanda aqrar sektorun mövcud vəziyyəti, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan tərəfdaş dövlətlərlə digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.

Uqanda Respublikasının Xarici İşlər üzrə Dövlət Naziri Con Mulimba ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Seçilən
129
6
teleqraf.com

7Mənbələr