AZ

Tailandda qasırğa: 1800 ev təsərrüfatına ziyan dəyib

Tailandın şimalında baş verən Kadziki qasırğası nəticəsində ölənlərin sayı 5-ə çatıb, 7 nəfər isə hələ də itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bangkok Post" məlumat yayıb.

Məlumata görə, ölkənin şimal və şimal-şərqində 12 əyalətdə güclü yağışlar nəticəsində daşqın və torpaq sürüşməsi baş verib. Təbii fəlakət 6300-dən çox insan və 1800 ev təsərrüfatına ziyan vurub.

Tailand Meteorologiya İdarəsi krallığın şimal əyalətlərində sürüşmə və daşqınlara səbəb ola biləcək güclü yağış təhlükəsi barədə xəbərdarlıq edib.

Seçilən
1
3
bakivaxti.az

4Mənbələr