"Qarabağ"ın UEFA Çempionlar Liqasında Liqa mərhələsindəki rəqibləri məlum olub.
Yenisabah.az xəbər verir ki, yarışın Liqa mərhələsinin püşkü Monako şəhərində atılıb.
Liqa mərhələsində "Qarabağ" "Çelsi" (evdə), "Liverpul" (səfərdə), "Ayntraxt" (evdə) "Benfika" (səfərdə), "Ayaks" (evdə), "Napoli" (səfərdə), "Kopenhagen" (evdə) və "Atletik Bilbao" (səfərdə) klubları ilə qarşılaşacaq. pizza
Ağdam təmsilçisi oyunlardan dördünü evdə, dördünü isə səfərdə keçirəcək.
Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edir.
Telegram kanalımız