AZ

87 yaşlı anasını yaralayıb - Özünü öldürdü

  Sabirabad sakini anasını güllələyərək yaralayıb, özünü isə öldürüb.

Referans APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Nizami kəndində baş verib.

Həmin kəndin 1970-ci il təvəllüdlü sakini İsayev Malik Xanlar oğlu 1938-ci il təvəlüdllü anası, Nizami kənd sakini Hüseynova Səbiyyə Astan qızına arxadan ov tüfəngi ilə atəş açaraq yaralayıb. Daha sonra özünü güllələyərək öldürüb.

S.Hüseynova Şirvan xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.  

Seçilən
21
15
referans.az

10Mənbələr