AZ

İsrail ordusu Husilərin lideri efirdə çıxış edərkən Sənaya hava zərbəsi endirib

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənaya hava zərbəsi endirib.

TurkicWorld-un məlumatına görə, hücum “Ənsar Allah” (husilər) təşkilatının lideri Əbdül Məlik əl-Husinin həftəlik müraciətinin efirdə yayımlandığı vaxt baş verib.

“Əl-Yəmən” kanalının məlumatına görə, şəhərdə bir neçə güclü partlayış qeydə alınıb.

Xatırladaq ki, avqustun 24-də İsrail ordusu Sənadakı bir sıra obyektləri hədəf almışdı. O vaxt hədəflər arasında prezident sarayı, iki elektrik stansiyası və yanacaq anbarı da olub.

Seçilən
61
10
turkic.world

10Mənbələr