AZ

Ukrayna XİN: Rusiya Aİ diplomatlarını hədəf alıb, səfirliyin binası zədələnib

Rusiyanın Kiyevə hücumu nəticəsində Avropa İttifaqı (Aİ) Nümayəndəliyinin binası zədələnib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa məlumat verib.

 

Nazirin sözlərinə görə, Rusiya gecə saatlarında diplomatları hədəfə alıb ki, bu da Vyana Konvensiyasının birbaşa pozulmasıdır: “Bu, təkcə Aİ yox, bütün dünya tərəfindən qınanılmalıdır”,

 

Ukrayna Aİ nümayəndələri ilə həmrəyliyini və lazımi yardım göstərməyə hazır olduğunu bildirib.

 

Xatırladaq ki, Rusiyanın bu gecə Kiyevə hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb, 48 nəfər yaralanıb.


 

Seçilən
7
5
senzor.az

6Mənbələr