AZ

Azərbaycan-Braziliya Birgə İşçi Qrupunun iclası keçiriləcək

İqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun həmsədri Elnur Əliyev Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə görüşüb.

Nazirlikdən Bakues.az-a bildirilib ki, görüşdə qarşılıqlı səfərlərin, imzalanan sənədlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Qeyd edilib ki, ilk iclası bu ilin 1 sentyabrında Braziliyada keçiriləcək Azərbaycan-Braziliya Birgə İşçi Qrupu işbirliyi üçün önəmli mexanizmdir. Braziliya ilə ticarət və investisiya münasibətlərinin mövcud potensiala uyğun gücləndirilməsinin önəmi diqqətə çatdırılıb. Bununla yanaşı, ölkələrimiz arasında tərəfdaşlıqda kənd təsərrüfatı, nəqliyyat, təhsil və texnologiya, turizm sahələri əsas prioritetlər kimi qeyd edilib. Ölkəmizdə yaradılmış əlverişli işgüzar mühit, investorlar üçün yaradılan imkanlar haqqında məlumat verilib, braziliyalı sərmayədarlar fəal əməkdaşlığa dəvət olunub.

Tərəflər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi barədə müzakirə aparıblar.

Seçilən
7
16
icma.az

10Mənbələr