İrana qarşı “snapback” mexanizmi (sanksiyaların bərpası mexanizmi) işə düşsə, Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əlaqələri kəsəcək.
APA xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi İran televiziyasına müsahibəsində deyib.
O, bir daha vurğulayıb ki, Avropa üçlüyünün (Britaniya, Almaniya, Fransa) İrana qarşı sanksiyaların bərpa edilməsini nəzərdə tutan bu mexanizmi fəallaşdırması üçün heç bir hüquqi əsas yoxdur.