AZ

Nazir ailəsinə məxsus olduğu bildirilən şirkət yenə cərimələndi

Tribuna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“ARFA AQRO” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) növbəti dəfə cərimələnib. Şirkət ölkədən çıxarılan pulun qarşılığında mal idxal etməyərək inzibat xəta törədib.

Şirkət bu dəfə xaricə köçürdüyü 53 min dollar qarşılığında ölkəyə mal idxal etməyib. Buna görə də qeyd edilən məbləğin 20 faizi qədər cərimə olunub. Şirkət bu qərardan apellyasiya şikayəti versə də təmin edilməyib.

Xatırladaq ki, şirkət daha əvvəl də xaricə 31 min dollar pul köçürüb. Lakin 2 il keçməsinə baxmayaraq, 31 min dollar qarşılığında malı ölkəyə idxal etməyib. Buna görə də şirkət barəsində inzibati protokol tərtib edilib və 31 min dolların 20 faizi qədər cərimə olunub. 6200 dollar cərimə olunan şirkətin şikayəti təmin edilməyib.

Bildirək ki, şirkətin qanuni təmsilçisi Rəhimov Araz Rüstəm oğludur. MMC-nin nizamnamə kapitalı 500 min manatdır. Şirkət 2022-ci ildə yaradılıb.

Araz Rəhimovun adı mətbuata digər şirkətlərə rəhbərlik etməsindən tanışdır. Araz Rəhimov Nizami rayonunda yerləşən və 2019-cu ildə baş verən yanğın zamanı tamamilə məhv olan “Diqlas 2” MMC-nin də qanuni təmsilçisidir.

Qeyd edək ki, “Diqlas” Ticarət Mərkəzinin iki sahibi var idi – 50 faiz pay sahibi sabiq MTN rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudov və Araz Rəhimov.

Araz Rəhimovun isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adamı olduğu bildirilir. Çünki Araz Rəhimovun Kəmaləddin Heydərovun ailə biznesinə daxil olan şirkətlərdə də adı keçir.

Araz Rəhimov “A.C.E. Dəri” MMC-nin də qanuni təmsilçisi idi. Bu şirkət əvvəllər fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə bağlı olan “Gilan Dəri” MMC adlandırılırdı. Sonradan “A.C.E. Dəri” MMC-nin adı dəyişdirilib və qanuni təmsilçisi başqa şəxsdir.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
6
tribunainfo.az

10Mənbələr