Finss.az xəbər verir ki, Hindistan avqustun 27-dən qüvvəyə minən Hindistan idxalına 50%-lik tariflər fonunda ticarət məsələləri üzrə ABŞ ilə dialoqu davam etdirir.
Mənbələrdən birinin verdiyi məlumata görə, tariflər məsələsində anlaşmaya nail olmaq və son nəticədə ticarət sazişi bağlamaq məqsədi daşıyan danışıqlar davam edir. Qəzetin mənbələri ABŞ-ın tətbiq etdiyi tariflərin əsassız olduğunu bildirib və Hindistan tərəfinin reaksiyasını “təmkinli və məsuliyyətli” adlandırıb.
Onlar vurğulayıblar ki, bütün danışıqlarda Hindistan tərəfi öz fermerlərinin, kiçik və orta biznesin maraqlarına güzəştə getməyəcək. “Biz danışıqlar zamanı bütün məsələlərin həllini gözləyirik, lakin “qırmızı xətlərimiz”də heç bir kompromis olmayacaq”, - başqa mənbə bildirib.
Mənbələr həmçinin qeyd ediblər ki, ABŞ-ın Rusiyadan neft alması səbəbindən tarifləri artırması Hindistan üçün sürpriz olub. Mənbələrdən biri ümid etdiyini bildirib ki, 25%-lik rüsum müvəqqəti xarakter daşıyır və qarşılıqlı razılaşma əsasında götürülə bilər.
Dehli xatırladıb ki, Vaşinqton Rusiya neftinin daha böyük alıcılarına qarşı analoji tədbirlər tətbiq etməyib.
Mənbələr ABŞ-ın Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışdığını da qeyd ediblər. Hindustan Times-a mənbələrdən biri əlavə etdi: "Bundan əlavə, ABŞ Çin ilə əlaqələri yaxşılaşdırmaq üçün çalışır, bunun üçün Çin Rusiyadan böyük həcmdə neft almasına baxmayaraq, ABŞ rüsumlardakı fasiləni 90 gün uzadıb".
Avqustun 27-də ABŞ prezidenti Donald Trampın Rusiya neftinin alışına görə Hindistandan gətirilən mallara tətbiq etdiyi 25%-lik rüsum qüvvəyə minib. Beləliklə, ABŞ administrasiyasının dünya ölkələri ilə ticarət müqavilələrinə yenidən baxmasının bir hissəsi kimi əvvəllər tətbiq edilən 25% tarifləri nəzərə alsaq, Hindistandan gələn mallara ABŞ tərəfindən 50% rüsum tətbiq edilir.