AZ

Azərsun Holdinq” pərakəndə sahəsində çalışmaq istəyən gənclərə dəstək olur

5 aylıq ödənişli təcrübə proqramı çərçivəsində gənclər Bazarstore və AL Marketdə pərakəndə sahəsinə aid biliklər qazanacaqlar. Belə ki, proqram 8 əsas istiqamətdə real təcrübə qazanmaq imkanı yaradır. Gənclər kommersiya, istehsal (pl), kateqoriya, planlama, marketinq, logistika, tədarük zənciri və insan resusrları üzrə təcrübə keçəcəklər. Həmçinin , iştirakçılar “Azərsun Akademiyası”nda təlim proqramlarında iştirak edəcək, eyni zamanda peşəkar mentorluq dəstəyi vasitəsilə bilik və bacarıqlarını daha da təkmilləşdirəcəklər. Layihənin məqsədi pərakəndə sahəsində karyera qurmaq istəyən gənclərə real iş mühitində hərtərəfli təcrübə qazandırmaq, proqramı uğurla tamamlayan namizədləri işə qəbul etməklə gələcəyin peşəkar kadrlarını formalaşdırmaqdır. Layihədə universiteti yeni bitirmiş və ya maksimum 1 ilə yaxın iş təcrübəsi olan şəxslər iştirak edə bilər.

Bunun üçün cv-lərinizi [email protected] electron poçt ünvanına göndərə bilərsiniz.

Seçilən
24
15
sia.az

10Mənbələr