Rusiyadakı “Drujba” neft kəməri hücumlara məruz qalmamalıdır, obyekt Avropanın enerji təhlükəsizliyinin bir hissəsidir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi bildirib.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat vermişdi ki, “Drujba” neft kəməri avqustun 28-də Macarıstana tədarükü qismən bərpa olunacaq.
O, bir daha Ukraynanı Macarıstanın enerji təhlükəsizliyini təhdid edərək Drujbaya hücum etməməyə çağırıb.