AZ

İstanbulda “TEKNOFEST Mavi Vətən” bölməsinə start verilib

Bu il Türkiyədə keçiriləcək “TEKNOFEST-2025” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalının dəniz vasitələrinin nümayişini nəzərdə tutan “TEKNOFEST Mavi Vətən” bölməsinə start verilib.

Herbiand.az xəbər verir ki, “Anadolu” agentliyinin qlobal media tərəfdaşı olduğu festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) rəhbərliyi altında ölkənin Sənaye və Texnologiya Nazirliyi ilə Milli Müdafiə Nazirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Bu gün rəsmi açılış mərasimi keçiriləcək festival avqustun 30 və 31-də geniş ictimaiyyətin texnologiya və müdafiə sənayesi həvəskarlarını da qəbul edəcək.

Dənizçilik və sualtı texnologiyaların diqqət mərkəzində olacağı tədbir çərçivəsində pilotsuz sualtı sistemləri, sualtı raket və pilotsuz dəniz vasitələrinin yarışları təşkil olunacaq.

Türkiyənin milli texnologiya həmləsi baxışının dənizlərdəki əksi olan “TEKNOFEST Mavi Vətən”də türk donanmasının önəmli gəmilərindən olan TCG Anadolu, İstanbul, Burgazada, Oruçreis, Nusret, Sakarya və Hızırreis sərgilənəcək. Festival çərçivəsində, həmçinin virtual reallıq sahələri, SAT və SAS Komandanlığının xüsusi nümayişləri, “Mavi Vətən zaman tuneli” və müxtəlif sərgilərlə ziyarətçilərə zəngin təcrübə təqdim olunması hədəflənir.

Seçilən
4
3
herbiand.az

4Mənbələr