Avropa İttifaqı Rusiyanın Brüsseldəki səfirini çağırır.
Redaktor.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün “X” hesabında deyib.
“Mən Kiyevdə nümayəndəlik binamız Rusiyanın zərbəsi nəticəsində ziyan gördükdən sonra nümayəndəlikdə olan həmkarlarımla danışdım. Sizin Ukraynanı dəstəkləmək qətiyyətiniz bizə güc verir. Heç bir diplomatik nümayəndəlik hədəfə alınmamalıdır. Buna cavab olaraq Rusiyanın Brüsseldəki səfirini çağırırıq”, - Kaya Kallas qeyd edib.