AZ

Paşinyan: Erməni Apostol Müqəddəs Kilsəsi ilə bağlı mövqeyim dəyişməyib

Tbilisi, 28 avqust, AZƏRTAC

Erməni Apostol Müqəddəs Kilsəsi ilə bağlı mövqeyim dəyişməyib və heç bir halda dəyişə bilməz. Ktriç Nersisyan Patriarx Palatasını tərk etməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 28-də hökumətin iclasından sonra jurnalistlərlə söhbətində deyib.

Baş nazir əlavə edib: “Bəli, mənim müəyyən planlarım olub və indi də var. Amma onlar Ermənistanda çoxlarının təsəvvür etdiyi çərçivəyə sığmır. Bəli, Patriarxal Palatalar Ktriç Nersisyandan azad edilməlidir. Yaxın gələcəkdə bu prosesə rəhbərlik edəcəm”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
10
5
azertag.az

7Mənbələr