Finlandiya ordusu qərb analoqlarının xeyrinə Kalaşnikov avtomatlarından imtina etməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Finlandiyanın Yle portalı məlumat yayıb.
Məlumata görə, Finlandiyanın Sako şirkətinin Finlandiya və İsveç orduları ilə birgə hazırladığı ''Sako ARG'' avtomat tüfəngi AK-47 bazasında olan hücum tüfənglərini əvəz edə bilər. Onun 7,62 mm və ya 5,56 mm kalibrli üç modifikasiyada istehsalı planlaşdırılır.
Tüfəngin ilk çöl sınaqları 2026-cı ilin yazına icra olunacaq.