AZ

Bakıda ictimai nəqliyyatda qiymət 1 manat olacaq?

Ajans.az xəbər verir ki, Nəqliyyat üzrə ekspert Azər Allahverdiyev Musavat.com-a açıqlamasında bildirib ki, tarif dəyişikliyi qaçılmaz ola bilər: “İctimai nəqliyyatda sərnişin daşınmasının maya dəyəri son illərdə əhəmiyyətli dərəcədə artıb. Bu artımı əsasən yanacaq, ehtiyat hissələri və işçi qüvvəsi xərclərinin bahalaşması şərtləndirir. Lakin nəzərə almaq lazımdır ki, qiymət artımı insanların sosial vəziyyətinə uyğun şəkildə həyata keçirilməlidir. Əks halda, sərnişinlər üçün əlavə yük olacaq”. Qeyd edək ki, 2023-cü ildən etibarən ictimai nəqliyyatda gedişhaqqı qiymətlərini Tarif Şurası yox, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tənzimləyir.

Xatırladaq ki, hazırda metroda gedişhaqqı 50 qəpik, paytaxtdakı avtobus marşrutlarında isə məsafədən asılı olaraq 50 qəpik-1 manat arası dəyişir.

Seçilən
59
20
Ajans.az

10Mənbələr