AZ

MY-nin tarixinə düşən növbəti anti-rekord

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun 2-ci raundunda dördüncü divizion təmsilçisi “Qrimsbi Taun”la qarşılaşıb.

Publika.az xəbər verir ki, oyun 2:2 hesabı ilə başa çatıb, penaltilərdə isə “qırmızı şeytanlar” 11:12 hesabı ilə məğlub olaraq turnirdən kənar qalıb. Bu nəticə klub tarixində antirekord kimi qeydə alınıb.

"Squawka"nın məlumatına görə, “Mançester Yunayted” Liqa Kubokunda ilk dəfə ölkənin dördüncü liqasından olan komandaya uduzub.

Premyer Liqanın startında da uğursuz çıxış edən mankuniyanlar Ruben Amorimin rəhbərliyi altında iki oyundan sonra cəmi bir xal toplayaraq turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

Seçilən
6
publika.az

1Mənbələr