Rusiya Avstriyanın NATO-ya üzv olmağa qərar verəcəyi təqdirdə ona sərt cavab verməyə hazırdır.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Ölkəmizin təhlükəsizliyinə hərbi təhdidlərə cavab tədbirləri Stokholm və Helsinki ilə bağlı NATO-ya daxil olduqdan sonra həyata keçirilib. Avstriya üçün də heç kim istisna olmayacaq", - siyasətçi vurğulayıb.
Medvedev qeyd edib ki, Avstriya militarizm istiqamətində bir kurs tutsa, siyasi manevr sferasında öz imkanlarını azaldacaq, lakin Rusiya Silahlı Qüvvələri ilə toqquşma riskini artıracaq.
Aminə Şahsuvarqızı