AZ

Neft dünənki enişdən sonra sabit qalıb

Finss.az xəbər verir ki, çərşənbə günü səhər neft qiymətləri geosiyasi qeyri-müəyyənliyin səbəb olduğu əvvəlki sessiyanın sonunda kəskin enişdən sonra az dəyişdi.

Londonun ICE Futures birjasında Brent markalı oktyabr fyuçerslərinin dəyəri, Moskva vaxtı ilə saat 8:14-ə olan vəziyyətə görə, 1 sent artaraq bir barel üçün 67,23 dollar olub. Çərşənbə axşamı müqavilə 1,58 dollar (2,3%) azalaraq 67,22 dollar/barelə düşüb.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda oktyabr ayı üçün WTI neftinin fyuçersləri bu vaxta qədər 1 sent azalaraq bir barel üçün 63,24 dollar olub. Əvvəlki sessiyanın sonunda bu müqavilələrin dəyəri 1,55 dollar (2,4%) ucuzlaşaraq 63,25 dollar/barel olub.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp bu ölkənin Rusiya neftinin davamlı alışı ilə əlaqədar Hindistandan mal idxalına əlavə rüsumlar tətbiq edəcəyini açıqlamışdı. Bu tariflərin çərşənbə günü qüvvəyə minməsi gözlənilir.

PVM Oil Associates analitiki Tamas Varqa deyib: “Ukrayna münaqişəsi və tarif müharibələri nəticəsində neft bazarında yaranmış böyük qeyri-müəyyənliyi nəzərə alsaq, investorlar uzunmüddətli perspektivdə bu və ya digər istiqamətə mərc etmək fikrində deyillər”.

Bu arada, Amerika Neft İnstitutunun (API) dünən verdiyi məlumata görə, ötən həftə ABŞ-da neft ehtiyatları 974 min barel azalıb.

Seçilən
6
fins.az

1Mənbələr