AZ

Səbail RİH-in texnikaları satışa çıxarılacaq - Borca görə müsadirə olunub...

Səbail RİH-in texnikaları satışa çıxarılacaq - Borca görə müsadirə olunub...Səbail Rayon İcra Hakimiyyətinin tabeçilyində fəaliyyət göstərən qurumun əməlakları vergi borcuna görə satışa çıxarılacaq.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə Baki İnzibati Məhkəməsində qərar qəbul edilib.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdehə - Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunub.

Müraciətdə bildirilib ki, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İcbari Tibbi Sığorta Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ödənilməmiş 71800 manat borcu var. Həmin borc dəyərində birliyə məxsus texnikalar müsadirə edilib.

Məhkəmədə idarəyə məxsus 71800 manat məbləğində əmlakların İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müəyyən etdiyi orqan tərəfindən satılması barəsində qərar qəbul edilib. Satışdan artıq qalan məbləğ Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qaytarılacaq.

Dövlət Vergi Xidmətinin saytında apardığımız araşdırma zamanı məlum oldu ki, Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 1.436.693,54 AZN-dir. Sözügedən idarənin rəisi 2020-ci ildən Həsənov Elçin Alşan oğludur.

Qeyd edək ki, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 09.02.1996-cı il tarixli, 200 saylı sərəncamı və Səbail Rayon İcra Hakimiyyəti başçısının 17.02.1996-cı il tarixli, 316 saylı sərəncamına əsasən yaradılıb. Hazırda Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalovdur.

Seçilən
0
4
sonxeber.az

5Mənbələr