Yalnız yüksək texniki peşə təhsili istiqaməti üzrə təhsil alan şəxslər ali təhsil müəssisəninə qəbul olunmaq şansı əldə edirlər.
KONKRET.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
“Ümumi orta təhsil bazasından müraciət edən tələbələr üçün 3 illik və 4 illik tədris qruplarına müraciət zamanı yaş məhdudiyyəti tətbiq edilir. Belə ki, bu qruplara yalnız son 3 il ərzində ümumi orta təhsilini başa vuran şəxslər müraciət edə bilərlər”, – agentlikdən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə illər əvvəl orta məktəbi bitirən şəxslərin peşə təhsili alaraq universitetə tam imtahansız qəbul edilə bilmələri ilə bağlı səhifələr yaradılıb.