“İlk oyundan sonra yaxşı üstünlüyümüz var idi. Cavab matçına yaxşı başlamadıq. Bu cür rəqiblərə şans verəndə dərhal bundan faydalanırlar”.
Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç “Ferensvaroş”a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
Serb futbolçu bildirib ki, 2:3 hesablı məğlubiyyətə baxmayaraq, “Qarabağ” mərhələ adlamağa layiq idi:
“Oyun çox çətin keçdi. Rəqibin daha 3-4 şansı oldu. Kiçik detallar oyuna təsir edir. Xüsusən standart vəziyyətlərdə çətinlik çəkirdik. Bütün bunlara baxmayaraq, cavab oyununda uduzsaq da, yekunda mərhələ adladıq. Bu münasibətlə hər kəsi təbrik edirəm. Mərhələ adlamağa və Liqa mərhələsində oynamağa layiq idik”.
O, Liqa mərhələsində qarşılaşmaq istədiyi komandaların adlarını da açıqlayıb: