AZ

SOCAR 6 ayda Türkiyədəki zavodunda dizel yanacağı istehsalını 7 % artırıb

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 3 milyon 345 min 694 tondan çox dizel yanacağı istehsal edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumu məlumat yayıb.

Bu, 2024-cü ilin ilk yarımili ilə müqayisədə 217 min 984 ton və ya 6,97 % çoxdur.

Bu ilin iyun ayında isə STAR NEZ 527 min 978 tondan çox dizel yanacağı istehsal edib ki, bu da 2024-cü ilin iyun ayı ilə müqayisədə 209 min 113 ton və ya 65,6 % çoxdur.

Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Türkiyədə neft emalı zavodları tərəfindən 8 milyon 378 min 739 tona, iyun ayında 1 milyon 403 min 874 tona yaxın dizel yanacağı istehsal edilib. Bu, bir il öncəki dövr ilə müqayisədə müvafiq olaraq 407 min 087 ton (5,1 %) və 143 min 715 ton (11,4 %) çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
10
baku.ws

10Mənbələr