Ermənistanın Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çindəki sammitində Azərbaycan, Türkiyə və Rusiya prezidentləri ilə görüşlərin mümkünlüyünü istisna etməyib.
APA xəbər verir ki, o, bu barədə bugünkü brifinqdə bildirib.
O qeyd edib ki, bu cür sammitlərdə adətən müzakirələr olur, amma hələlik planlaşdırılan görüşlər yoxdur, hər şey yerində aydın olacaq.