AZ

Moskvanın dostu şərtini açıqladı: Kiyevi həyəcanlandıran qərar

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Macarıstan hökuməti Ukraynanın real addımlar atacağı təqdirdə Avropa ittifaqına üzvlük prosesinə qarşı çıxmaya bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər nazirinin müavini Levente Magyar Budapeştdə Ukrayna baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Taras Kaçka ilə görüşündən sonra deyib.

Məlumata görə, iki ölkə rəsmiləri Macarıstanın Ukrayna ilə bağlı sərt mövqeyinin səbəblərini müzakirə ediblər.

Budapeşt Transkarpat macarlarının hüquqlarının təmin ediləcəyi zamana kimi Kiyevi dəstəkləməyəcəyini bildirib. “Ukrayna prosesə qoşulacağına söz verdi, vədi yerinə yetirmələrini gözləyəcəyik”, – Magyar bildirib.

Qeyd edək ki, son olaraq Ukraynanın Rusiyadan Macarıstana neft daşınan “Drujba” kəmərinə hcumundan sonra iki ölkə arasında gərginlik daha da artıb.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr