Avropalı siyasətçilər Ukraynada sülhə gedən yolda hazırda ən ciddi maneədirlər, çünki onlar əvvəlki səhv qərarlarına görə məsuliyyətdən yayınmaq üçün silahlı münaqişəni uzatmağa can atırlar.
Axar.az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
"Hesab edirəm ki, bu gün Avropa siyasətçiləri Ukraynada sülhə gedən yolda ən ciddi maneədirlər. Onlar sülhlə maraqlanmırlar və demək olar ki, hər gün alova benzin tökürlər. Avropa siyasi elitası son üç il yarım ərzində yürütdüyü səhv siyasətə görə məsuliyyətdən yayınmaq istəyir və buna görə də Ukrayna münaqişəsinin davam etməsini dəstəkləyir.
Ukrayna Prezirenti Vladimir Zelenski də öz hərəkətlərinə görə cavab verməlidir. O 2022-ci ilin aprelində Rusiya ilə İstanbulda əldə edilmiş razılaşmanı niyə imzalamadı? Halbuki həmin razılaşma üç il yarım sonra gözləyə biləcəyi hər hansı razılaşmadan daha pis deyildi”, - Siyarto bildirib.