AZ

Azərbaycanın turizm imkanları Tailandda nümayiş etdirilib

Azərbaycan Turizm Bürosu (ATB) "Şahdağ" Turizm Mərkəzi və digər tərəfdaşlarla birgə Tailandın Banqkok şəhərində keçirilən "PATA Travel Mart 2025" (PTM) sərgisində ölkənin turizm imkanlarını nümayiş etdirir.

Dövlət Turizm Agentliyinin məlumatına əsasən, sərgidə stend ziyarətçilərinə ölkə haqqında ətraflı məlumat verilib və potensial əməkdaşlıq imkanları qiymətləndirilib.

Tədbir zamanı PATA-nın baş icraçı direktoru Nur Əhməd Hamid ATB nümayəndələri ilə görüşərək turizm sahəsində inkişaf və son yeniliklər barədə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Asiya-Sakit okean regionunun beynəlxalq turizm sərgilərindən biri olan "PATA Travel Mart 2025" (PTM) şəbəkələşmə, biznesin inkişafı və tərəfdaşlıqların qurulması üçün mühüm platformadır.

Seçilən
10
5
vergiler.az

6Mənbələr