Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında Azərbaycanın üç yeniyetmə cüdoçusu 1/4 finala yüksəlib. Xədicə Abdullayeva və Gülşən Hüseynova (hər ikisi 44 kq) iki qarşılaşmada qalib gələrək bu raunda vəsiqə əldə ediblər.
50 kq çəki dərəcəsində çıxış edən Anar Quliyev 1/8 finalda Ermənistan cüdoçusu Narek Davtyana qalib gəlib.
Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) 1/16 finalda məğlub olublar. Məhəmmədəli Hüsiyev (55 kq) isə 1/16 finalda qalib gələrək mərhələ adlayıb.
Qeyd edək ki, dünya çempionatında fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də qarışıq komanda yarışları başlayacaq.
Qabil YUSİFOĞLUXQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.