AZ

Bakıda dəhşətli PARTLAYIŞ: Sakinlər təxliyə edildi

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Naziliyinin Mətbuat xidməti məlumat yayıb. Hadisə Əli Vəliyev küçəsində qeydə alınıb. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Partlayış binanın beşinci mərtəbəsində baş verib və yanğınla müşayiət olunmayıb.  Dominos pizza

Operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş, 1987-ci il təvəllüdlü Muqamov Teymur Musa oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində qonşu mənzillərin sakinləri təxliyə edilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
1
yenisabah.az

10Mənbələr