— Seymur Bakshev (@SBakshev) August 28, 2025
Samara vilayətində isə, Kuybışevdəki neft emalı zavodunda yanğın baş verib. Bu barədə Rusiyanın Teleqram-kanalları məlumat yayıb. Şahidlərin yayımladığı video-materiallarda zavodun üstündən qalın qara tüstü qalxdığı görünür. Yerli hakimiyyət zavoda hücumla bağlı məlumatı şərh etməyib.
![]() |
Rusiya Kiyevə zərbələr endirib: ölənlər arasında uşaqlar var| VİDEO |
Rostov vilayətinin Mankovo-Kalitvenskoye kəndində PUA-nın qalıqları fərdi yaşayış evinin damına düşüb və elektrik naqillərini zədələyib. Damda ilişib qalmış döyüş başlığının partlama riski ilə əlaqədar 89 nəfər - bu və 50 qonşu evin sakinləri təxliyə edilib.
Rusiyanın Müdafiə nazirliyinin yaydığı məlumatdahava hücumundan müdafiə qüvvələrinin gecə ərzində ölkənin regionları üzərində 102 PUA, o cümlədən Rostov və Samara vilayətlərində 21, Krasnodar diyarında 18 və Volqoqrad vilayətində iki pilotsuz təyyarə vurduğu bildirilir.
Беспилотники нанесли удар по Афипскому НПЗ в Краснодарском крае pic.twitter.com/4wdCg2H675
— Seymur Bakshev (@SBakshev) August 28, 2025
Xatırladaq ki, bu gecə Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə endirdiyi hava zərbələri nəticəsində ikisi uşaq olmaqla 4 nəfər həlak olub, 30-a yaxın insan isə yaralanıb.
Son vaxtlar iki ölkənin bir-birinin ərazilərinə endirdiyi qarşılıqlı zərbələri dayandırmaması Ukrayna münaqişəsinin dayandırılması ilə bağlı səylərin müsbət nəticə verəcəyinə ümidləri puça çıxarır.
Sahil İsgəndərov
AzVision.az