AZ

Azərbaycanda bu il sığorta bazarı 13% ə yaxın böyüyüb

ain.az bildirir, Apa.az portalına istinadən.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sığorta bazarı üzrə yığımlar 937 milyon 658 min manata yüksəlib.

“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu 2024-cü ilin eyni dövrünə nisbətən 12,5% çoxdur.

Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 529 milyon 307 min manat təşkil edib. Başqa sözlə, son bir ildə ödənişlərin həcmi 20.7% artıb.

Nəticədə sığorta bazarının zərərliliyi 52.6%-dən 56.5%-ə yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
apa.az

3Mənbələr