AZ

Nevroloqdan yaddaşı gücləndirən 3 sadə üsul

"Yaddaşı yaxşılaşdırmaq üçün yeni məlumatı mahnı kimi oxuyun".

Ölkə.az "Daily Mirror" nəşrinə istinadla xəbər verir ki, bu barədə nevroloq Baibin Çen danışıb.

O, yaddaşı yaxşılaşdırmağa kömək edəcək üç məşq adını çəkib. 

Onun sözlərinə görə, beynin əsas məşq üsulu yeni bacarıqları öyrənməkdir. Ancaq sadəcə yeni bir şey öyrənmək kifayət etmir. Bu məlumatı başqalarına danışmaq da çox vacibdir: “Siz məlumatı kiməsə izah edəndə, beyniniz əlaqələri gücləndirir və yaddaşı daha möhkəm edir".

Bundan əlavə, nevroloq öyrənmə prosesində mümkün qədər çox hiss orqanını işə salmağı tövsiyə edib. Məsələn, yeni məlumatı oxuyub-oxumaq, yazmaq və ya vizual obrazlarla əlaqələndirmək olar: “Nə qədər çox hissi işə salsanız, yaddaş bir o qədər güclü olacaq. Bu, ikili kodlaşdırma nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyə göstərib ki, məlumatı vizual obrazlarla birləşdirmək yadda saxlamağı xeyli yaxşılaşdırır”.

Sonda nevroloq məlumatı birdəfəyə əzbərləməyə çalışmaq əvəzinə, tədricən yadda saxlamağı tövsiyə edib. Onun sözlərinə görə, əvvəlcə məlumatla tanış olmaq, sonra isə onu ertəsi gün, bir həftə sonra və bir ay sonra təkrarlamaq lazımdır. Təkrarlar arasındakı intervalları artırmaqla insan uzunmüddətli yaddaşı məşq etdirir.

Həmidə İbrahimova

Seçilən
8
1
olke.az

2Mənbələr