Təbrizin içməli suyunun əhəmiyyətli hissəsini təmin edən Nəhənd su anbarı tamamilə qurumaq ərəfəsindədir.
Gunaz.tv
Bu haqda yerli media məlumat yayıb.
Məlumata görə, bənddə qalan az miqdarda suyun da qarşıdakı günlərdə tükənəcəyi gözlənilir.
Qeyd edək ki, Təbrizin 43 kilometrliyində yerləşən Nəhənd bəndinin su anbarının ümumi həcmi normal səviyyədə 24 milyon kubmetr, illik tənzimlənən su tutumu isə 32 milyon kubmetrdir.