AZ

Azərbaycanda sığorta bazarı 13%-ə yaxın böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sığorta bazarı üzrə yığımlar 937 milyon 658 min manata bərabər olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 104 milyon 459 min manat və ya 12,5% artım deməkdir. Xatırladaq ki, ötən ilin eyni dövründə sığorta yığımları 833 milyon 199 min manat təşkil etmişdi.

Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 529 milyon 307 min manat təşkil edib. Son bir ildə ödənişlərin həcmində 90 milyon 689 min manat və ya 20,7% artım baş verib. Ötən ilin müvafiq dövründə bu göstərici 438 milyon 618 min manat olmuşdu.

Nəticədə, sığorta bazarının ümumi zərərlilik göstəricisi ötən ilin eyni dövründəki 52,6%-dən bu il 56,5%-ə yüksəlib.

Seçilən
20
fed.az

1Mənbələr