AZ

Əraqçi Netanyahunun fikrinə şərik çıxıb

AzVision.az xəbər verir ki, İran XİN-in rəhbəri Abbas Əraqçi bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

Əraqçinin şərhi Entoni Albanezenin Avstraliyanınyəhudi icmasına qarşı ən azı iki hücumun arxasında İran hökumətinin dayandığını iddia etməsindən sonra verilib.

“Avstraliya İran səfirini ölkədən çıxaracaq, Tehrandakı səfirliyinin işini dayandıracaq və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyacaq”,- Entoni Albaneze öz bəyanatında demişdi.

Əraqçi, öz növbəsində, Netanyahunun sitatı ilə məqalənin skrinşotunu paylaşaraq, tarixin Albanezeni zəif siyasətçi kimi xatırlayacağını yazıb.

- Mən axtarışda olan müharibə cinayətkarlarını dəstəkləməyə öyrəşməmişəm, amma Netanyahu bir məsələdə haqlıdır: Avstraliyanın baş naziri həqiqətən zəif siyasətçidir. İranda onlarla sinaqoq da daxil olmaqla, dünyanın ən qədim yəhudi icmalarından biri yerləşir”, - Abbas Əraqçi vurğulayıb.

İran XİN-in rəhbəri bildirib ki, iranlılar öz ölkələrində onları qorumaq üçün əllərindən gələni etdiyi halda, Avstraliyadakı bu cür obyektlərə hücumda Tehranı günahlandırmaq ağılsızlıqdır.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
7
1
azvision.az

2Mənbələr