Növbəti həftə Çinin paytaxtı Pekində İkinci Dünya Müharibəsinin bitməsinin 80-ci ildönümü ilə bağlı keçiriləcək təntənəli hərbi paradda 26 xarici ölkə lideri iştirak edəcək.
Ölkə.az xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.
Sentyabrın 3-də Pekində keçiriləcək hərbi paradda digər xarici ölkə liderləri ilə yanaşı, Şimali Koreya prezidenti Kim Çen In və Rusiya prezidenti Vladimir Putin də qatılacaq.
“Sinxua”nın məlumatına görə, tədbirdə Rusiya və Şimali Koreya liderləri ilə yanaşı, Kamboca, Vyetnam, Laos, İndoneziya, Malayziya, Monqolustan, Pakistan, Nepal, Maldiv adaları, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Belarus, Azərbaycan, Ermənistan, İran, Konqo Respublikası, Zimbabve, Serbiya, Slovakiya, Kuba və Myanma liderləri və hökumət başçıları da qatılacaq.
Xatıraldaq ki, 31 avqust-1 sentyabrda Çində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələrin 25-ci Zirvə görüşü keçiriləcək. Sammitdən sonra isə hərbi parad keçiriləcək.
Mürtəza