AZ

Almaniya hökuməti yeni hərbi xidmət modeli haqqında qanun layihəsi qəbul edib

Almaniya hökuməti müdafiə naziri Boris Pistoriusun ölkədə hərbi xidmətin yeni modeli haqqında qanun layihəsini qəbul edib.

Bu barədə DPA agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qanun layihəsi Almaniyada İsveç modeli əsasında könüllü xidmətin tətbiqini nəzərdə tutur. Skandinaviya ölkəsində bütün məktəb məzunları hərbi imtahandan keçirlər, lakin onlardan yalnız bəziləri həqiqi hərbi xidmətdə olurlar.

Sənəddə, həmçinin həyata keçirilməli olan elementlər də nəzərdə tutulub ki, buraya, xüsusilə çağırışçıların tibbi müayinədən qaytarılması və 18-25 yaşlı kişilərin xidmətə hazır olmaları haqqında bənd qoyulmaqla ərizənin məcburi doldurulması daxildir. Qadınlar bunu könüllü edə bilərlər.

Hökumət hərbi xidməti daha cəlbedici etmək niyyətindədir. Bu məqsədlə əməkhaqlarının artırılması, işə qəbul olunanlar üçün sürücülük vəsiqəsinin alınması kimi bir sıra xidmətlərin ödənilməsi, karyera yüksəlişi və ixtisasartırma imkanlarının genişləndirilməsi, dil kurslarına və idman obyektlərinə çıxışın asanlaşdırılması təklif edilir. Həyatlarını ordu ilə bağlamağa davam etmək qərarına gələnlərə əlavə ödənişlər ediləcək.

Qanun layihəsində ümumi hərbi xidmətə qayıdışın hansı şərtlərlə nəzərdə tutulduğu da müəyyən edilib. Bu, təhlükəsizlik vəziyyətinin pisləşdiyi və ya ölkənin müdafiəsini təmin etmək və Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) missiyalarını yerinə yetirmək üçün könüllülərin çatışmazlığı halında mümkün olacaq.
Seçilən
0
1
7news.az

2Mənbələr