Qəbələdə velosipeddən yıxılan yeniyetmə ölüb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Abrıx kəndində qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü Ömər Zəkəriyəyev velosipeddən yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, avqustun 27-si vəfat edib.
Faktla bağlı araşdırma aparılır.