Çin sentyabrın 3-də Pekindəki Tiananmen meydanında İkinci Dünya Müharibəsində və Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsində qələbənin 80-ci ildönümünə həsr olunmuş anım tədbirləri və hərbi parad keçirəcək. Bu barədə Çin dövlət televiziyası CCTV məlumat verib.
Məlumata görə, tədbirlərdə 26 xarici dövlət başçısı və hökumət rəhbəri iştirak edəcək. Qonaqlar arasında Rusiya Prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In, İran Prezidenti Məsud Pezeşkian, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da var.
Digər iştirakçılar arasında Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan prezidentləri, eləcə də Serbiya Prezidenti Aleksandar Vuçiç və Slovakiyanın Baş naziri Robert Fico yer alır.
Yaponiyanın hökuməti anım tədbirlərinin "antiyapon çalarlar" daşıdığını əsas gətirərək, keçən həftə diplomatik kanallar vasitəsilə Asiya və Avropa ölkələrini tədbirə qatılmamağa çağırıb.
Tokio bununla Çinin tarixi öz təfsirində təqdim etməsinin qarşısını almağa çalışdığını bildirib.
Gülnar