Gəncədə 2 nəfər bıçaqlanıb.
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisələr ayrı-ayrılıqda şəhər ərazisində qeydə alınıb. 1994-cü il təvəllüdlü R.Şahbazov və 1985-ci il təvəllüdlü E.Yaqubov bıçaq xəsarətlərin ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki şəxs əməliyyat edilib, onların vəziyyətinin kafi olduğu bildirilir. Hadisələrin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.