Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, son oyun günündə 11 qarşılaşma reallaşacaq.
Bununla da Liqa mərhələsinə adlayacaq bütün komandaların kimliyinə aydınlıq gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk qalibi ötən gün müəyyənləşib. Norveçin "Brann" kollektivi AEK (Larnaka, Kipr) komandasını hər iki görüşdə (2:1, 4:0) məğlub edərək cütün qalibi olub.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
28 avqust
19:00. "KuPS" (Finlandiya) - "Midtyullann" (Danimarka)
20:30. "Siqma" (Çexiya) - "Malmö" (İsveç)
21:30. "Samsunspor" (Türkiyə) - "Panatinaikos" (Yunanıstan)
21:30. "Ludoqorets" (Bolqarıstan) - "Şkendiya" (Şimali Makedoniya)
21:30. PAOK (Yunanıstan) - "Riyeka" (Xorvatiya)
22:00. "Dinamo Kiyev" (Ukrayna) - "Makkabi Təl-Əviv" (İsrail)
22:00. FKSB (Rumıniya) - "Aberdin" (Şotlandiya)
22:00. "Utrext" (Niderland) - "Zrinski" (Bosniya və Herseqovina)
22:00. "Genk" (Belçika) - "Lex Poznan" (Polşa)
22:00. "Yanq Boyz" (İsveçrə) - "Slovan" (Slovakiya)
23:00. "Braqa" (Portuqaliya) - "Linkoln" (Cəbəllütariq)