AZ

“Qarabağ” sonuncu səbətdə – ÇL-in Liqa mərhələsinin səbətləri

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasında Liqa mərhələsinin püşkündə hansı səbətdə yer alacağı dəqiqləşib.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu qitənin nəhəng klublarını Bakıya gətirəcək.

Belə ki, “Qarabağ” Liqa mərhələsinin püşkatması zamanı sonuncu – 4-cü səbətdə yer alacaq. 32,000-lik əmsal Ağdam klubunun aşağı reytinqli komandalar sırasında yer almasına səbəb olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin püşkü bu gün atılacaq.

1-ci səbət

PSJ (Fransa) – 118,500
Real (İspaniya) – 143,500
Mançester Siti (İngiltərə) – 137,750
Bayern (Almaniya) – 135,250
Liverpul (İngiltərə) – 125,500
İnter (İtaliya) – 116,250
Çelsi (İngiltərə) – 109,000
Borussiya (Dortmund, Almaniya) – 106,750
Barselona (İspaniya) – 103,250

2-ci səbət

Arsenal (İngiltərə) – 98,000
Bayer (Almaniya) – 95,250
Atletiko (İspaniya) – 93,500
Benfika (Portuqaliya) – 87,750
Atalanta (İtaliya) – 82,000
Vilyarreal (İspaniya) – 82,000
Yuventus (İtaliya) – 74,250
Ayntraxt (Almaniya) – 74,000
Brügge (Belçika) – 71,750

3-cü səbət

Tottenhem (İngiltərə) – 70,250
PSV (Niderland) – 69,250
Ayaks (Niderland) – 67,250
Napoli (İtaliya) – 61,000
Sportinq (Portuqaliya) – 59,000
Olimpiakos (Yunanıstan) – 56,500
Slaviya (Praqa, Çexiya) – 51,000
Bodo Qlimt (Norveç) – 49,000
Olimpik (Marsel, Fransa) – 48,000

4-cü səbət

Kopenhagen (Danimarka) – 44,875
Monako (Fransa) – 41,000
Qalatasaray (Türkiyə) – 38,250
Yunion (Belçika) – 36,000
Qarabağ (Azərbaycan) – 32,000
Atletik (İspaniya) – 26,750
Nyukasl (İngiltərə) – 23,039
Pafos (Kipr) – 11,125
Kayrat (Qazaxıstan) – 5,500

Seçilən
49
arena.az

1Mənbələr