AZ

“İnnovativ Biznes-İnkubator” MMC keytrinq xidmətlərinin satın alınması ilə bağlı tender elan edib

Finss.az - “İnnovativ Biznes-İnkubator” MMC keytrinq xidmətlərinin satın alınması ilə bağlı müsabiqə elan edib. Satınalmanın ehtimal olunan məbləği 15.500 AZN təşkil edir.

Müsabiqə çərçivəsində bir neçə layihə üzrə xidmətlərin göstərilməsi nəzərdə tutulur:

  • “BootSTART” proqramı üçün 50-60 nəfərlik 10 təlim,
  • “UNEC Studio” layihəsi çərçivəsində 10 nəfərlik 5 təlim,
  • “Yaşıl Qarabağ”“B2B Həllər” mövzularında keçiriləcək 2 gün davam edən hakatonlarda 50 nəfərlik iştirakçıların iaşə xərcləri qarşılanacaq.

Təkliflərin qəbulu və zərflərin açılışı 3 sentyabr 2025-ci il saat 16:00-da aparılacaq.
İştirak haqqı 31 AZN, istifadə haqqı isə 25 AZN müəyyən olunub və ödənişlər geri qaytarılmır.

Əlavə məlumat üçün satınalma komissiyasının üzvü Mübariz Şahbazlı ilə [email protected] elektron poçtu və ya +994 70 294 50 70 nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.

Seçilən
1
fins.az

1Mənbələr