“Ərazi Tikinti və Planlaşdırma Mərkəzi” tərəfindən Bakının Səbail, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti bitmiş qəzalı binaların sökülməsi planlaşdırılır..
Layihənin icrası üçün layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidmətləri üzrə tender elan olunub. T
Söküntü işləri çərçivəsində Səbail rayonunda Salman Mumtaz küçəsindəki 30 və 34 nömrəli binalar, Dağlıq küçəsindəki 24 nömrəli bina, Sabunçu rayonunda Y. Qasımov küçəsi 39 saylı bina, G. Vəzirov küçəsi, 2-ci dalan 5 və 6 nömrəli tikililər, həmçinin Suraxanı rayonunda Xanlar Ələkbərov küçəsindəki 43 nömrəli bina məhv ediləcək.
Onların yerində yeni binaların inşası nəzərdə tutulub.
N.Təbrizli