AZ

“Qarabağ” ÇL-də matçlarını hansı arenada oynayacaq?- Açıqlama

style='margin-bottom:10px;'>

“Çox gərgin, maraqlı oyun izlədik. Ümumi nəticədə qələbə qazanmağımız və ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsində iştirak etməyimiz hamımızı sevindirir”.

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş direktoru Emrah Çelikel Ağdam klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasını şərh edərkən deyib.

Pley-off mərhələsində “Ferensvaroş”a qarşı keçirilən cavab matçından sonra jurnalistlərin suallarını cavablandıran E.Çelikel klub prezidenti Tahir Gözelin 90 dəqiqə boyu komanda ilə maraqlandığını bildirib: “Elə bilin ki, Tahir bəy buradadır. Hər dəqiqə onunla telefon əlaqəsi saxlayırdıq. Çox vacib işgüzar səfərlə bağlı ölkə xaricindədir. Amma hər an komanda ilə maraqlanırdı”.

“Hər kəsin Avropada sevdiyi bir klub var. Sizin belə bir klubunuz varmı və həmin komandanı ÇL-in Liqa mərhələsində rəqib kimi görmək istərdiniz?” sualını Ağdam klubunun rəsmisi belə cavablandırıb: “Sevdiyim klub “Qarabağ”dır və o da Liqa mərhələsindədir”.

“Qarabağ”ın əsas heyəti ilə ilə yanaşı, U-19 komandası ÇL-in əsas mərhələsində mübarizə aparacaq. E.Çelikel artıq həmin komanda ilə bağlı planların hazır olduğunu söyləyib: “Bu oyunun nəticəsini gözləyirdik. Artıq sabahdan işlərimizi sürətləndirəcəyik”,

O, “Qarabağ”ın Liqa mərhələsindəki oyunlarını “Tofiq Bəhramov”da, yoxsa Bakı Olimpiya Stadionunda keçirəcəyinə belə aydınlıq gətirib: “Hələlik bu məsələ qeyri-müəyyəndir. Lakin çox güman ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynayacağıq”.

“Qarabağ”ın baş direktoru sonda yeni transferlə bağlı işlərin nə yerdə olduğunu açıqlayıb: “Transfer çalışmalarımız hər zaman davam edir. Bu gün də həmçinin”.

Seçilən
9
6
teleqraf.com

8Mənbələr