AZ

Qurban Qurbanov futbolumuzu bataqlığa gömən diletantlara göz dağı verir! Deputat

ain.az bildirir, Redaktor.az portalına istinadən.

"Çempionlar Liqasının himni Azərbaycanda yenidən səslənəcək!"

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasını şərh edərkən deyib.

"AFFA da, milli komanda da, bütövlükdə Azərbaycan futbolu da “Qarabağ”dır! Bu zəfəri qazanan məşqçi Azərbaycan övladıdır. Braziliyada, Portuqaliyada, Almaniyada gedib xilaskar axtarmayın! Qurban Qurbanov təkcə əcnəbilərə dərs vermir, həm də futbolumuzu bataqlığa gömən diletantlara da göz dağı verir! Bu arada “Kayrat” (Qeyrət) komandasını da təbrik edirəm. Qazax türkünün komandası da bizim fəxrimizdir", - deyə deputat bildirib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u (Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən "Qarabağ" Liqa mərhələsinə yüksəlib.

Turan İSMAYIL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
redaktor.az

3Mənbələr