AZ

Qurban Qurbanov Prezidentin təbrikini canlı yayımda oxudu - VİDEO

“Cənab prezident də bizi rəsmi təbrik edir. Mən də onu təbrik etmək istəyirəm. Neçə ildir ki, böyük turnirdə Azərbaycanı görmək üçün bizim kimi o da gözləyirdi. Başda cənab prezident olmaqla, bütün ailəsini təbrik edirəm. Həqiqətən bu, bir daha göstərdi ki, cənab prezidentin gözü bizim üzərimizdədir. Məsuliyyətimiz bir daha artdı”.

Bizim.Media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində evdə Macarıstanın “Ferensvaroş” klubuna iki oyunun nəticəsinə əsasən 5:4 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlmələri barədə danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən TƏBRİK: “Futbol tariximizdə yeni bir səhifə yazdı!” - FOTO


"Futbolçularıma da qayıdıram. Özünüz də gördüz ki, gərgin matç oldu. Bu da gərginlikdən irəli gələn durum idi.

Bu gün stadionumuz tam başqa idi. Bəlkə çoxdan bu cür atmosfer görməmişdim. Biz nə qədər gərgin idiksə, onlar da belə idi. Onlara təşəkkür edirəm.

Sizlərə təşəkkür edirəm. İllərdir həm yaxşı yazılarınızla, həm bizim yanımızda olmaqla, kollektivin, ailənin üzvüsüz", - baş məşqçi qeyd edib.


Bizim.Media

Seçilən
38
42
bizim.media

10Mənbələr