AZ

İran ABŞ-a çata biləcək raketlər hazırlayır - Netanyahu

İran ABŞ ərazisinə çata biləcək uzaq mənzilli ballistik raketlər üzərində işləyir.

Gundem.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Netanyahunun sözlərinə görə, İran artıq Avropaya qədər çata bilən raketlər hazırlayır və növbəti mərhələdə 8000 km məsafəyə uçuş qabiliyyətinə malik qitələrarası ballistik raketlər istehsal etməyi planlaşdırır:

“Əlavə 3000 km ilə onlar Nyu-Yorka, Floridaya, Vaşinqtona, Bostona və digər ABŞ şəhərlərinə çata biləcəklər”.

O əlavə edib ki, İran bu raketləri nüvə başlıqları ilə təchiz etmək niyyətindədir və bu, artıq ehtimal deyil, faktdır.

Seçilən
13
3
gundem.az

5Mənbələr