UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda ikinci qol vurulub.
Referans xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 25-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Leandro Andrade hesabı bərabərləşdirib.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda hesab açılıb.
Referans xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 12-ci dəqiqəsində rəqibin heyətində Lenni Jozef fərqlənib.
Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.
Komandalar arasında keçirilən ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.
***
Bakı vaxtı ilə saat 20:45-də "Qarabağ" - "Ferentsvaroş" matçı start götürüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta